Ermənistanda baş nazir Serzh Sarkisian istefa verdi

Ermənistanda baş nazir Serzh Sarkisian istefa verdi

-- ''Paşinyan haqlı idi, mən yox''

Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib.
 
Məlumatı Lenta.ru yayıb.
 
Sarqsyanın istefası Ermənistanda keçirilən çoxgünlük etiraz aksiyalarından sonra baş verib.
 
Ermənistanın baş naziri Serj Sarqsyanın istefa müraciətinin mətni də yayılıb. 
 
"Sizə son dəfə dövlət başçısı kimi müraciət edirəm. Nikol Paşinyan (etiraz aksiyalarının lideri) haqlı idi. Mən səhv etmişəm. Yaranmış vəziyyətdən bir neçə çıxış yolu var, lakin mən onların heç birinə getməyəcəm. Bu mənlik deyil. Mən ölkəmizin rəhbəri vəzifəsindən gedirəm" — Sarqsyanın müraciətində deyilir.
 
Xatırladaq ki, aprelin 13-dən Ermənistanda eks-prezident Serj Sarqsyanın baş nazir seçilməsinə etirazlar başlayıb. Aprelin 17-də müxalifət ölkədə "məxməri inqilab"ın başladığını elan edib. Buna baxmayaraq, parlament Sarqsyanı baş nazir kürsüsünə oturdub.
 
Aprelin 22-də müxalifətin lideri, parlamentdəki "Yelk" ("Çıxış") fraksiyasının rəhbəri Nikol Paşinyanla baş nazir Serj Sarqsyan arasında uğursuz dialoq cəhdi olub. Baş tutmayan dialoqdan dərhal sonra Paşinyan həbs edilib, lakin bir gün sonra azadlığa buraxılıb.
 
1954-cü ildə Azərbaycanın Xankəndi rayonunda doğulan Serj Sarkisyan 2008-2018-ci illərdə Ermənistanın prezidenti olub.
 
Serj Sarkisyan 1989-cu ildən 1993-cü illərdə separatçı “Dağlıq Qarabağ Respublikası”nın özünümüdafiə qüvvələrinə rəhbərlik edib.
 
1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri olub. 1995-1996-cı illərdə əvvəlcə dövlət təhlükəsizliyi departamentinin başçısı, daha sonra milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. Növbəti 3 ildə isə Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri olub. 2000-2007-ci illər arasında yenidən müdafiə naziri işləyib.
 

Sarqsyanın istefası Ermənistanda keçirilən çoxgünlük etiraz aksiyalarından sonra baş verib Read more: https://sputnik.az/world/20180423/415002365/srqsyan-ustefa.html

Google+ WhatsApp ok.ru