Estoniyada `ölkədə islam tarixi` adlı sərgi keçirilir

Estoniyanın Milli kitabxanasında (Tallində) "Estoniya-İslam icması və onların irsi" adlı sərgi keçirilir.
Maide.az-ın məlumatına görə, sərgi estoniya müsəlmanları tərəfindən təşkil olunub, açılışda isə tatar şirniyyatları və xurmalar paylanılıb çunki Estoniyaya islamı məhz tatarlar gətiriblər.

Tatar Dünya Gənclər Forumu İdarə Heyətinin üzvü və İslam Mədəniyyət mərkəzi "Turas"-ın  fəal üzvü olan Qədri Hannanovının sözlərinə görə, sərgidə İslamın Estoniya torpaqlarına gəlişi haqqında stendlər qurulub.

Sərgidə həmçin yerli müsəlmanların sovet dönəmindən qoruyub saxladıqları 19-cu əsrin əvvəllərinə aid olan qədim tatar,türk.ərəb və fars dillərində kitablar nümayiş olunur.

Maraqlı eksponat diqqəti cəlb edib  - İkinci Dünya müharibəsi zamanı yerli sinaqoqun dağıntıları altından tapılmış əl yazma fiqh kitabıdır. Sonralar isə bu əl-yazma sinaqoq rəhbərliyi tərəfindən İslam Mədəniyyət mərkəzinin rəhbərinə təqdim olunub.

Sərgidə, Səudiyyə Ərəbistanı kralının Estoniya müftisi İldar Məhəmmədşinə  hədiyyə etdiyi Kəbə örtüyü, İslam Peyğəmbərinin (s)  Bəhreyn əmirinə İslamı qəbul etmək üçün göndərdiyi məktubun sürəti, Peyğəmbər (s) möhürünün sürəti kimi maraqlı və nadir eksponatlar nümayiş edilir.

Sərgidə müsəlman tibbini nümayiş edən vitrində var - qara zirə, hicamət və s. təqdim olunub.
Həmçin müxtəlif ölkələrin (Səudiyyə Ərəbistanı,Oman,Türkiyə, BƏƏ ) nəşrləri olan Quranlar, Quranın müxtəlif dillərdə olan tərcümələri, müsəlman xalqlarının milli geyimləri,əbalar sərgilənib.

Sərgi zamanı müxtəlif maraqlı faktlarda açıqlanıb, misal üçün Estoniya ilk dəfə dünya xəritəsinə ərəb əsilli müsəlman-alimi tərəfindən əlavə olunub.  Bir ay ərzində davam edəcək sərgi çərçivəsində ərəb dili dərsləri keçirilir, ən azı iştirakçılar öz adlarını ərəb dilində yazmağı öyrənirlər.
"Hicab nədir", "Hicab və niqabın fərqi","alimlərin hicab və niqab haqqında fikirləri" mövzularında mühazirələrdə keçirilir.
Sərginin təşkil olunma məqsədi Estoniya müsəlmanlarına İslamın mədəniyyətini nümayiş etdirməkdir.
Hər il Estoniyaya müxtılif millətlərdən müsəlmanlar təşrif buyurur. Oktaybrın sonuna qədər davam edəcək sərgi, Estoniya müsəlmanları, müftilər, İslam Mədəniyyət mərkəzi "Turas" və "İkra" mərkəzləri tərəfindən təşkil olunur. //

 

Google+ WhatsApp ok.ru