Etirazların başlandığı Məşhəddə iğtişaş əleyhinə izdihamlı yürüş - FOTO/VİDEO 04 Yanvar 2018 02:00 Dünya --- “həm Qəzza, həm Livan, həm İnqilab, həm İran”.... Iranın Məşhəd şəhərində son iğtişaşlar və iğtişaşçılara qarşı izdihamlı yürüş keçirilir. Maide.Az İranın “tasnimnews” xəbər saytına istinadən məlumat verir ki, izdihamlı yürüş Məşhədin Şühəda meydanından başlayıb və İmam Rzanın (ə) hərəminə kimi davam edəcək. Mitinq iştirakçıları “həm Qəzza, həm Livan, həm İnqilab, həm İran” , “Hegemonlara ölüm”, “İsrailə ölüm” şüarları səsləndirir. Geniş miqyasllı yürüşün sonunda Xobreqan Ekspertlər Məclisinin üzvi, İmam Rza(ə) ziyarətgah kompleksinin rəisi seyid İbrahim Rəisi çıxış edəcək. İran KİV-lərinin məlumatına görə, bu gün həmçinin Hhəmədan, İsfahan və digər bir neçə böyük şəhərdə iğtişaşlar əleyhinə izdihamlı yürüşlər keçirilir. Qeyd edək ki, ötən həftə cümə axşamı günündən İranın bir neçə şəhərində o cümlədən Məşhəd şəhərində bəzi sakinlər aksiyalar keçirməklə və şüarlar verməklə maliyyə müəssisələrinin iflasa uğrayanlarının vəziyyətinin müəyyənləşməməsi, bəzi məhsulların bahalaşması və hökumətin nəzarətinin zəifliyinə etiraz ediblər. Bu aksiyalardan bəzisi iğtişaşçılar və təxribatçılar tərəfindən gərginliyə səbəb olub. Xatırladak ki, ötən gün İranın Əlborz, Xuzistan, Kirmanşah, İsfahan, Hörmüzqan, Həmədan, Ərak, Lorestan, Şimali Xorasan, Qum və Gülüstan əyalətlərində iğtişaşçılar və təxribatçıların son günlər törətdiyi cinayətlərin pislənilməsi və əcnəbi ölkələrin İranın daxili işinə müdaxiləsinin pislənilməsi məqsədilə izdihamlı yürüşlər keçirilib. Xalq son günlər iğtişaş yaradanların cəzalandırılmasımı tələb edib. Məlumatda qeyd olunur ki, paytaxt Tehranda bu məqsədlə izdihamlı etiraz yürüşü cümə günü keçiriləcək. Teqlər : #Etirazların başlandığı Məşhəddə iğtişaş əleyhinə izdihamlı yürüş FOTO/VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sibirdə yol qəzasında azı 10 nəfər ölüb Nəsrullah: Bölgədə böyük müharibə baş verərsə...
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO