Etirazçılar Paşinyanın kabinetinə girdi - YENİLƏNİB- VİDEO

Etirazçılar Paşinyanın kabinetinə girdi - YENİLƏNİB- VİDEO

Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatından sonra Ermənistan vətəndaşları hökumət binasına hücum ediblər.
 
APA-nın “SputnikArmenia”ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl avtomobil karvanları İrəvanın mrəkəzində yerləşən Respublika Meydanına doğru hərəkət ediblər. 
 
Etirazlar Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı ölkənin baş naziri Nikol Paşinyanın açıqlamasından sonra başlayıb. 
 
Daha sonra etirazçılar Baş nazir Nikol Paşinyanın kabinetinə giriblər. 
 
Hökumət Evindəki dövlət simvolları binadan çıxarılıb.
 
Ermənistanda etirazçılar arasında çaxnaşma başlayıb.
 
Məlumata görə, parlamentin spikeri Ararat Mirzoyan və başqa bir nəfərin döyülüb.
 
Yüzlərlə etirazçı parlament binasına doğru hərəkət edir.
 
Onlar Baş nazir Nikol Paşinyandan istefa verməyi tələb edirlər. 
 

Google+ WhatsApp ok.ru