Etirazçılar Yerevanda meydana toplaşırlar: bu gün yeni baş nazir seçiləcək

Etirazçılar Yerevanda meydana toplaşırlar: bu gün yeni baş nazir seçiləcək

-- Müxalifətin vahid namizədi Nikol Paşinyandır

Bu gün səhər saatlarından etirazçılar Yerevanın Respublika meydanına toplaşmağa davam edir.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, Ermənistan Milli Yığıncağının (parlament) mayın1-də keçiriləcək xüsusi iclasında ölkənin yeni baş naziri seçiləcək. Müxalifətin vahid namizədi Nikol Paşinyandır.
 
Etirazçılar böyük ekranın quraşdırıldğı meydanda parlamentin xüsusi iclasını canlı izləyəcəklər.
 
Həmçinin Yerevanın mərkəzində sayı çox da olmayan polis əməkdaşları müşahidə olunur. Ümumilikdə paytaxtın mərkəzində sakitlik olduğu bildirilir.
 
Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Aprelin 23-də isə S.Sarkisyan istefa verib.
 
BBC-nin məlumatına görə, Ermənistanda Serj Sarkisyanın hakimiyyətdə qalmasına qarşı etiraz hərəkatının lideri Nikol Paşinyan mayın 1-nə keçən gecə saat 2-də Facebookda video müraciət yayaraq tərəfdarlarını səhər tezdən Respublika meydanında toplaşmağa çağırıb.
 
"Biz məlumat almışıq ki, gecə Serj Sarkisyanın başçılığı ilə keçirilən respublikaçıların bir toplantısında sabah gözlənən baş nazir seçkilərini pozmaq, yəni xalq namizədinin baş nazir seçilməsinə yol verməmək qərarına gəliblər", - Paşinyan bildirib.
 
"Serj Sarkisyan və Respublikaçılar Partiyasının yeni planına qarşı durmaq üçün hamınızı sabah tezdən ayaqüstə olmağa, Respublika meydanına toplaşmağa çağırıram. Xalq qalib gəlib və onun qələbəsi de-yure təsdiq ounmalıdır", - o deyib.
 

Google+ WhatsApp ok.ru