Etirazların başlandığı Məşhəddə iğtişaş əleyhinə izdihamlı yürüş - FOTO/VİDEO

Etirazların başlandığı Məşhəddə iğtişaş əleyhinə izdihamlı yürüş - FOTO/VİDEO

--- “həm Qəzza, həm Livan, həm İnqilab, həm İran”....

Iranın Məşhəd şəhərində  son iğtişaşlar və iğtişaşçılara qarşı  izdihamlı yürüş  keçirilir. 
 
Maide.Az İranın  “tasnimnews” xəbər saytına istinadən məlumat verir ki,  izdihamlı yürüş Məşhədin Şühəda meydanından başlayıb və  İmam Rzanın (ə) hərəminə kimi davam edəcək. 
 
Mitinq iştirakçıları  “həm Qəzza, həm Livan,  həm İnqilab,  həm İran” ,  “Hegemonlara ölüm”,   “İsrailə ölüm”  şüarları səsləndirir.  
 
Geniş miqyasllı yürüşün sonunda Xobreqan Ekspertlər Məclisinin üzvi, İmam Rza(ə) ziyarətgah kompleksinin rəisi seyid İbrahim Rəisi çıxış edəcək. 
 
İran KİV-lərinin məlumatına görə, bu gün həmçinin Hhəmədan, İsfahan və digər bir neçə böyük şəhərdə iğtişaşlar əleyhinə  izdihamlı yürüşlər keçirilir. 
 
Qeyd edək ki, ötən həftə cümə axşamı günündən İranın bir neçə şəhərində o cümlədən Məşhəd şəhərində bəzi sakinlər aksiyalar keçirməklə və şüarlar verməklə maliyyə müəssisələrinin iflasa uğrayanlarının vəziyyətinin müəyyənləşməməsi, bəzi məhsulların bahalaşması və hökumətin nəzarətinin zəifliyinə etiraz ediblər. Bu aksiyalardan bəzisi iğtişaşçılar və təxribatçılar tərəfindən gərginliyə səbəb olub. 
 
 Xatırladak ki, ötən gün İranın Əlborz, Xuzistan, Kirmanşah, İsfahan, Hörmüzqan, Həmədan, Ərak, Lorestan, Şimali Xorasan, Qum və Gülüstan əyalətlərində iğtişaşçılar və təxribatçıların son günlər törətdiyi cinayətlərin pislənilməsi və əcnəbi ölkələrin İranın daxili işinə müdaxiləsinin pislənilməsi  məqsədilə izdihamlı yürüşlər keçirilib.  Xalq son günlər iğtişaş yaradanların cəzalandırılmasımı tələb edib.  
 
Məlumatda qeyd olunur ki, paytaxt Tehranda bu məqsədlə  izdihamlı etiraz yürüşü cümə günü keçiriləcək. 
 
 
 
 

Google+ WhatsApp ok.ru