ETSN: Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində istiqaməti dəyişmək lazımdır

“Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki sürüşmə sahəsi təhlükəli sürüşmə sahələrinin yeni topoqrafik əsaslar üzərində hazırlanmış xəritələr toplusuna daxil edilib”.
 
Maide.az xəbər verir ki, bunu apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki ərazi qədim sürüşmə sahəsidir: “Həmin hissədə sürüşmə daimi baş verir. O yol bərpa olunsa belə, yenidən sürüşmə olacaq. Orada yolun istiqamətini dəyişmək lazımdır”.
 
Ə. Qaralov qeyd edib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində qrunt suları da yer səthinə çıxır.
 
Qeyd edək ki, ötən həftə Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindən keçən hissədə torpaq qatı uçaraq yola tökülüb. Hazırda yolun 106-107-cı kilometrliyində böyük yarğanlar əmələ gəlib. 

Google+ WhatsApp ok.ru