ETSN: Bibiheybətdə uçqun tipli sürüşmə prosesi 300 metrdən artıq sahəni əhatə edir

ETSN: Bibiheybətdə uçqun tipli sürüşmə prosesi 300 metrdən artıq sahəni əhatə edir

“Bibiheybətdə uçqun tipli sürüşmə prosesi baş verib və 300 metrdən artıq sahəni əhatə edir”.
 
Maide.Az bildirir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
 
Onun sözlərinə görə, hadisə nəticəsində ərazidə yerləşən istinad divarı 150 metr məsafədə tamamilə çöküb: “İnsanların və nəqliyyat vasitələrinin təhlükəsizliyi üçün əraziyə giriş-çıxış bağlanıb. Hazırda müvafiq tədbirlər görülür”.
 
Ə. Qaralov uçqun tipli qopma prosesinin davam edəcəyinin ehtimal olunduğunu deyib.
 

Google+ WhatsApp ok.ru