ETSN: Havada toz dumanı müşahidə olunur 14 Yanvar 2021 17:45 Ölkə Havada toz dumanı müşahidə olunur. ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yanvarın 14-də cənub-qərb istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə transsərhəd toz kütlələri daxil olub. Yeni quraşdırılmış avtomat monitorinq stansiyalarından daxil olan məlumata əsasən Bakıda tozun miqdarı gün ərzində normadan 1.5 dəfə artıq qeydə alınıb. Gəncə şəhərində isə tozun miqdarı günorta saatlarında normadan 4.5-5.1 dəfə yüksək olub, hazırda normadan 1.7 dəfə artıqdır. Qeyd edək ki, yanvarın 15-də cənub-qərb istiqamətli hava cərəyanlarının üstünlüyü nəticəsində ölkə ərazisində tozun miqdarının normadan bir qədər çox olması müşahidə ediləcək. Teqlər : #ETSN:,#Havada,#toz,#dumanı,#müşahidə,#olunur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmtahanlara Vətən Müharibəsi ilə bağlı suallar salınacaq - DİM 380 nəfər yoluxub, 14 nəfər vəfat edib
Elektrik, su və qaz sayğaclarında problemlərin aradan qaldırılması ilə bağlı qanunlara dəyişiklik edilir