ETSN: Hökməlidə sürüşmə sahəsində aktivlik müşahidə edilir -  FOTO

ETSN: Hökməlidə sürüşmə sahəsində aktivlik müşahidə edilir - FOTO

Hökməlidə sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilir.
 
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib.
 
Dəstə rəisinin sözlərinə görə, Hökməlidə yamacın kəsilməsi sürüşmə - çökmə prosesinin başlamasına təkan verib: “Yaxınlıqdakı Hökməli vulkanının yüz illər boyu püskürməsi, texnogen suların, atmosfer çöküntülərinin təsirindən vulkan külləri axıcı hala gəlib. Yamacın kəsilməsi ilə isə onun dayanıqlığı itib və sürüşmə - çökmə prosesi baş verib”.
 
R. Həsənov qeyd edib ki, Hökməlidə yol boyunca da çatlar əmələ gəlib: “Ərazidə qırılma qaşının hündürlüyü 60-80 sm-ə çatır. Bəzi yerlərdə isə çatların eni 50 sm-dir”.
 
Qeyd edək ki, ətrafda qəzalı vəziyyətə düşən evlər var. /
 
etsn hokmelide surusme sahesinde aktivlik musahide edilir
 
etsn hokmelide surusme sahesinde aktivlik musahide edilir
 
etsn hokmelide surusme sahesinde aktivlik musahide edilir

Google+ WhatsApp ok.ru