ETSN: Siyəzəndə qədim sürüşmə sahəsində aktivlik qeydə alınıb

ETSN: Siyəzəndə qədim sürüşmə sahəsində aktivlik qeydə alınıb

Əziz Qaralov: Qədim sürüşmə sahələrinin aktivləşməsində tektonik proseslərin də mühüm rolu var
 
Siyəzən rayonunda yerləşən qədim sürüşmə sahəsində aktivlik qeydə alınıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov "Report"a açıqlamasında bildirib ki, son günlərdə Siyəzən rayonunun Sədan kəndində yerləşən qədim sürüşmə sahəsində aktivləşmə olub: "Qədim sürüşmə sahəsində olan aktivliyin tək səbəbi yağan yağışlar olmur. Bu cür sürüşmə sahələrinin aktivləşməsində tektonik proseslərin də mühüm rolu var. Respublika ərazisində olan bütün qədim sürüşmə sahələri bizim tərəfimizdən xəritələşdirilib və həmin xəritələr təsdiq olunub".
 
Mütəxəssis paytaxtdakı subasmalarla bağlı vəziyyətdən də danışıb: "Yəni, əvvəlki vəziyyət davam edir. Həmin ərazilərdə kanalizasiya istemləri işləmir, suyun çıxarı yoxdur. Dövlət tərəfindən proqram hazırlanıb ki, kompleks şəkildə mərkəzi kanalizasiya sistemi çəkilsin ki, suyu harasa axıtmaq olsun". /

Google+ WhatsApp ok.ru