Evdə Fələstin bayrağı saxlamaq və gəzdirmək qadağan edilir

İsrail rejimi Fələstin bayrağı saxlayan şəxslərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul etməyə hazırlaşır.
 
Maide.az xəbər verir ki, İsraildə dərc olunan "Yediot Ahronot" qəzetinin xəbərinə görə, sionist rejimin baş baziri Binyamin Netanyahunun tələbi əsasında Likud millət vəkili və Knesset Komissiyasının sədri Yariv Levin 8 maddədən ibarət plan hazırlayıb.
 
Qəzetin xəbərinə görə, bu qanunla İsrail ona müqavimət göstərən fələstinliləri "terrorçu" kimi xarakterizə edəcək. Bundan başqa, Fələstin bayrağı gəzdirən və yaxud da saxlayanlar da cəzalandırılacaq. Həmçinin, yeni qanuna görə, Fələstinin müqavimət aşılayan media orqanları da bağlanacaq.
 
Qeyd edək ki, artıq dünyanın bir çox ölkələri Fələstini müstəqil dövlət kimi tanıyıb. İsrailin rejiminin qadağan etdiyi bayraq isə, hətta  bəzi  Avropa ölkələrinin belə müstəqil dövlət kimi tanıdığı Fələstinin rəsmi bayrağıdır.

Google+ WhatsApp ok.ru