Evdən işə çatmağın ekzotik yolları

Evdən işə çatmağın ekzotik yolları

Hər səhər evdən çıxıb işə yollanmağın kiməsə ləzzət verdiyini eşitmək təəccüblü olardı.
 
Çünki camaatla dolu metro qatarına və ya avtobusa, ictimai nəqliyyatın yubanmaları, yol xərclərinin getdikcə bahalaşmasına kim sevinər ki?
 
İctimai nəqliyyatda dərs və ya iş başına çatmaq nə qədər ağır və üzücü sayılırsa, bəzi təşəbbüskar insanların belə vəziyyətdən tapdıqları çıxış yolları da bir o qədər maraq doğurur.
 
 
Almaniyada Münxen şəhəri yaxınlığında yaşayan Benjamin David, hər səhər noutbuku, kostyumu və çəkmələrini çantasına yığaraq, yaxınlıqdakı İsar çayına girib iş yerinə qədər məsafəni ləzzətlə suda üzə-üzə qət edir.
 
"Yollarda - tıxaclar, nəqliyyatda - sıxlıq. Bunun nə ləzzəti ola bilər? Çayla üzüb işə gəlməyin ləzzəti ayrıdır", - Benjamin deyir.
Kişi eynək və dəbilqədəFotonun  PRESS

Uels sakini Paul Cox işə qədər 15 kilometrlik məsafəni motorlu paraplanerində uçaraq qət edir.

 
Hər dəfə planerinə minməkdən əvvəl Paul, Britaniya Kral Hava Qüvvələri eskadrilyası komandanlığından havaya qalxmaq üçün icazə almalıdır.
 
Uçuşunu başa çatdırıb yerə endikdən sonra isə o, $10500 qiyməti olan planerini çantasına qablaşdıraraq işə qədər yolunu piyada davam edir.
Kişi qayıqda avar çəkirFotonun müəllifi
 
ABŞ-da yaşayan Curt von Badinski isə işə kiçik və yüngül özəl təyyarədə yollanmağı xoşlayır.
 
Curt Los Angeles-də yaşayır, iş yeri isə San Francisco-da yerləşir. İş yeri evindən 1200 km məsafədə yerləşir.
 
O, Los Angeles aeroportuna evindən avtomobildə gəlir. Təyyarədə yarımsaatlıq uçuşdan sonra isə ikinci avtomobildə iş yerinə yollanır.
 
Təyyarənin kirayəsi üçün Curt ayda 2300 dollar pul ödəyir.
Dağda nərdivanFotonun IMAGES
 
Lakin ictimai nəqliyyatda ən üzücü şərait belə dünyanın digər regionlarında iş və ya dərsə çatmağa çalışanların məruz qaldığı risklərlə müqayisə edilməzdir.
 
Çinin Sıçuan bölgəsində uşaqlar məktəbə getmək üçün dəmir nərdivanla sıldırım qaya üzərinə qalxmalı olurlar.
 
Nə qədər də olsa, hər halda bu dəmir nərdivan pilləkanlarla qalxanlar üçün üzüm meynəsindən düzəldilmiş nərdivandan daha rahat görünməlidir.
 
Keçən ilədək uşaqlar qayalığa məhz üzm meynəsindən hazırlanmış nərdivanla qalxırlarmış...(bbc)
İnsanlar dağa üzüm meynəsindən düzəldilmiş nərdivanla çıxırlarFotonun müəllifi

 

Google+ WhatsApp ok.ru