Evinin ətrafını təmizləməyən Con Jerri cərimələndi

ABŞ dövlət katibi Con Kerri borandan sonra Bostondakı evinin ətrafından qarı təmizləmədiyi üçün 50 dollar cərimə olunub.

Maide.az xəbər verir ki, Kerriyə cərimə yanvarın 29-da yazılıb. Rəsmilər evi və iş yerinin ətrafındakı səkiləri təmizləməyən hər kəsin cəzalanacağını deyib.

Kerri prezident Barak Obama ilə birlikdə Səudiyyə Ərəbistanına Kral Abdullanın ölümünə görə başsağlığına getmişdi. Sözçüsü deyib ki, cərimə qoyulandan dərhal sonra Kerrinin Bostonun Beacon Hill kvartalındakı evinin ətrafında olan səkilər təmizlənib. O, Kerrinin cəriməni dərhal ödəyəcəyini deyib.

Polisin sözlərinə görə, qonşu təmizlənməmiş qara görə şikayət edəndən sonra cəriməni yazan əməkdaş bunun Kerrinin evi olduğunu bilməyib.

Google+ WhatsApp ok.ru