Evlərinin sökülməsi sakinlərin şikayətinə səbəb oldu - VIDEO

Ziya Bünyadov prospektində aparılan söküntü ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.

ANS-nin məlumatına görə, sakinlər deyir ki, onların evlərinin sökülməsinə görə 900 AZN məbləğ təklif olunur, bu isə onları qane etmir.

Sakin Xədicə Musayevanın sözlərinə görə, dünən oğlumun qabağını kəsiblər: “Gedin pulunuzu alın. Məni o pul qane etmir. Mən 30 ildi burda yaşıyıram, 60 minə nə alım”.

Söküntü işlərini həyata keçiriən “Azəryolservis” ASC-nin hüquq müdafiəçisi İlqar Abbasov söküntü işlərinin razılaşma yolu ilə reallaşdığını bildirdi.

İlqar Abbasov deyir ki, “Artıq 33 ev sökülüb, 44-ü ilə razılaşma əldə olunub. “Azəryolservis”in işçiləri haqqında deyilən sözlər həqiqətə uyğun deyil, böhtandır”.

Həmçinin İlqar Abbasov onu da əlavə etdi ki, narazı qalan sakinlər hüquqi müstəvisində məsələyə yenidən baxılmasını tələb edə bilərlər./

Google+ WhatsApp ok.ru