Evlənmək istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib

Evlənmək istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib

-- Bu, gələcəkdə sağlam nəslin yetişməsində böyük rol oynayır

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin müayinə oldunduğu xəstəliklərin sayının artlırılması, hepatit B və hepatit C-nin də müayinəsinin icbari olan xəstəliklərin siyahısına daxil edilməsi təklif edilib.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev komitənin bugünkü iclasında çıxış edib.
 
M.Quliyev bununlıa bağlı Ailə Məcəlləsinə dəyişikliklərin edilməsini təklif edib:
 
“Nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir. Bunun olduqca yaxşı nəticələri var. Bu, gələcəkdə sağlam nəslin yetişməsində böyük rol oynayır. Təklif edərdim ki, hepatit B və hepatit C-nin də xəstəliklərinin müayinə paketinə daxil etmək üçün Ailə Məcələsinə dəyişiklik edək”.
 

Google+ WhatsApp ok.ru