Çexiyada zəhərli maddə sızdı, 20 nəfəri zəhərlədi

Çexiyada zəhərli maddə sızdı, 20 nəfəri zəhərlədi

-- Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağırdır

Çexiyanın şimal-qərbindəki Deçin şəhərində kimya müəssisələrinin birində fenol toksik maddəsinin sızması baş verib.
 
Maide.Az Trend-ə istinadən xəbər verir ki,  fenol toksik maddəsinin sızması nəticəsində 20 nəfər xəsarət alıb. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
 
Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.
 
Sızmanın fəsadlarının aradan qaldırılması üçün xilasetmə briqadaları cəlb edilib.
 
Qəzanın necə baş verməsi hələ məlum deyil.
 

Google+ WhatsApp ok.ru