Çexiya İsrail rejiminin Qüdsdə keçirdiyi əməliyyatları pisləyib

Çexiya xarici işlər naziri, Lyubomir Zaoralek Şərqi Qüdsdə israil rejiminin apardığı əməliyyatları pisləyib.
Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə,  ötən gün Ramallah şəhərində baş tutan mətbuat konfransında çıxış edən Çexiya xarici işlər naziri, bildirib ki, İsrail hökümətinin Əqsa məscidini bağlaması, fələstinli müsəlmanları məscidə buraxmaması və fələstin torpaqlarında qanunsuz tikililəri dayandırmaması beynəlxalq qanunlara ziddir.

Çexiyalı nazir ölkəsinin İsrail və Fələstin dövlətləri arasında qarşılıqlı razılaşma prosesini dəstəklədiyini xüsusi vurğulayıb.
Fələstin Milli Admistrasiyasının xarici işlər naziri Riyad əl-Maliki isə öz növbəsində bildirib ki, Qüds şəhərində yəhudilərin törətdiyi son cinayətlər, fələstinlilərə müharibə elan etmək deməkdir. Riyad əl-Maliki sionist rejimin qanunsuz tikililəri davam etdirməsini pisləyərək qeyd edib ki, bu tədbirlər dayandırılmış sülh prosesini  və Fələstin dövlətinin yaradılması şanslarını zəiflədir.
Son həftələrdə sionistlərin ,əsasən də sionist parlamentinin spiker müavininin Məscidi-Əqsanı tamamilə işğal etmək çağışıları, Qüdsdə gərginliyi və narahatlığı artırıb. //

 

Google+ WhatsApp ok.ru