Eyni məscidə ikinci dəfə hücum edən şəxsə sərt cəza

Eyni məscidə ikinci dəfə hücum edən şəxsə sərt cəza

Dövlət ittihamçıları ABŞ-ın Missuri ştatında eyni məscidə ikinci dəfə hücum edən amerikalı Nikolas Proffittin federal cinayətlə əlaqədar mühakimə olunmasını tələb ediblər.

 
Maide.Az xəbər verir ki, Missuridəki Kape Girardeau İslam Mərkəzindəki məscidi Ramazan ayının ilk günündə yandıran 42 yaşlı amerikalı Proffitt eyni zamanda nifrət cinayətlərinə görə də məhkəməyə verilib.
 
O, Ramazan ayının ilk günü səhər namazı zamanı məscidin pəncərələrini sındıraraq oranı yandırıb. Amerikalı şübhəli hadisədən 2 gün sonra tutulub.
 
Polisin verdiyi açıqlamada, Proffittin əməli islamafob hadisə adlandırılıb.
 
Məlum olub ki, Nikolas Proffitt Kape Girardeau İslam Mərkəzinə 11 il əvvəl də hücum edibmiş və buna görə 3 il həbs cəzası da alıbmış.

Google+ WhatsApp ok.ru