Eyni yağda ikinci dəfə qızartmayın! Ölümcül TƏHLÜKƏ 19 İyul 2019 10:39 Sağlamlıq Təkrar qızdırılmış yağ hüceyrə səviyyəsində patoloji dəyişikliklərə səbəb olur ki, bu dəyişikliklər öz növbəsində ağır süd vəzi xərçənginin inkişafına səbəb olur. Maide.Az "saglamolun.az"a istinadla bildirir ki, bu məlumatı Medical News Today yayıb. İllinoys Universiteti (ABŞ) alimləri təkrar qızdırılmış yağla eksperiment aparıblar. 16 həftə ərzində alimlər bir qrup siçanlara təzə soya yağını, digər qrup siçanlara isə bir neçə dəfə qızdırılmış yağı verirdilər. İnsan xərçənginin modelini almaq üçün siçanlara süd vəzi xərçənginin hüceyrələri yeridilib. 20 gündən sonra məlum olub ki, hər 2 qrupda xərçəngin inkişafı fərqlidir. Belə ki, bir neçə dəfə qızdırılmış yağla qidalanan siçanlarda metastazların yayılması daha aktiv gedirdi, ağ ciyərdə metastazların sayı 2 dəfə çox idi. Alimlərin fikrinə görə, təkrar qızdırılmış yağ öz tərkibini dəyişir və onda güclü toksiki kanserogen akrolein əmələ gəlir. Akrolein tək süd vəzi xərçənginin deyil, bir çox digər xəsçəng növlərinin də riskini artırır. Mütəxəssislər qidalanmada qızardılmış qidaların miqdarını minimuma azaltmağı və yağı heç zaman təkrar qızdırmamağı tövsiyə edirlər. Teqlər : #Eyni,#yağda,#ikinci,#dəfə,#qızartmayın!,#Ölümcül,#TƏHLÜKƏ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ötən il Azərbaycanda 11 123 nəfərdə bədxassəli şiş aşkarlanıb, onlardan 103-ü uşaqdır Övladınızın çəkisi az, boyu da alçaqdırsa... - Pediatr xəbərdar etdi
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir