Şeyx Əli Salman: Aşura məktəbi bütün insani və mənəvi dəyərləri xatırladır

Məhərrəmlik və Aşura məktəbi bütün insani və əxlaqi dəyərləri xatırladır, eşq və sülhün əsasını qoyur. Bunu Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salman  Məhərrəmlik ayının gəlişi münasibətilə yaydığı müraciətində deyib. 
Maide.az xəbər verir ki, Şeyx Əli Salman dünın (15 oktyabr) Məhərrəmlik ayının gəlişi ilə əlaqədar həbsxanadan ölkə əhalisi üçün yaydığı müraciətində deyib ki, biz daim İmam Hüseynın (ə)  “Zillət bizdən uzaqdır” çağırışını öz daxilimizdə diri saxlamalıyıq.
O, Bəhreyn xalqına ünvanladığı müraciətində vurğulayıb ki, əzizlər, biz öz mövqe və söz birliyimizi qorumalı, sıralarımızı daha da möhkəmləndirməli və müqəddəs Aşura ideallarına xələl gətirən hər bir şeydən uzaq durmalıyıq. /
 

Google+ WhatsApp ok.ru