Şeyx Əli Salman: Həbs müddətinin uzadılması bizi öz hüquqlarımızı tələb etməkdən çəkindirmir

Həbs və həbs müddətinin uzadılması bizi öz hüquqlarımızı tələb etməkdən çəkindirmir. Bu sözləri  Bəhreyn Əl-Vifaq Hərəkatının baş katibi Şeyx Əli Salman özünün həbs müddətinin  5 il uzadılmasına reaksiyasında bildirib. 
 
Maide.Az xəbər verir ki,  Şeyx Əli Salman deyib ki, bu kimi qərarlar bizi öz hüquqlarımızı tələb etməkdən çəkindirmir və bizim iradəmizi daha da möhkəmləndirir.  
 
Şeyx Əli Salman xalqı öz istəklərini tələb etməyə və rejimə zidd siyasətçiləri siyasi fəaliyyətlərini öz hüquqlarını alanadək davam etdirməyə çağırıb. "Bəhreyn xalqı öz hüquqlarını tələb etmək və xalqın iradəsi və istəyi ilə bir hökumətin qurulmasını istəmək haqqına malikdirlər". 
 
Qeyd edək ki, Bəhreyn  Apelyasiya Məhkəməsi  Əl-Vifaq hərəkatının baş katibi Şeyx Əli Salmanın  həbs müddətini 4 ildən  9 ilə qədər uzadıb.    Şeyx Əli Salman  2014-cü ilin  dekabr ayında  ölkədə islahatlarla bağlı etdiyi bir neçə çıxışdan sonra  həbs olunub.  Ali Xəlifə rejimi  Şeyx Əli Salmanı  Bəhreyn Daxili İşlər Nazirliyinə hörmətsizlik etmək, və insanları hakim rejimi dəyişməyə səsləmək ittihamı ilə 4 il azadlıqdan məhrum etmişdi.  
 
Şeyx Əli Salman Bəhreyn rejiminin əsas siyasi rəqiblərindən olan Əl-Vifaq hərəkatının baş katibidir. O, 1990-cı ildən sürgün olunmuş və 2001-ci ildə ölkəyə geri dönmüşdür.  Şeyx Əli Salman  Əl-Vifaq hərəkatının rəhbəri kimi,  2011-ci ildə  Bəhreyndə cərəyan edən xalq etirazlarının təşkilində fəal iştirak edib.  
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru