Şeyx Əli Salmanın növbəti məhkəməsi fevraın 19-da keçiriləcək

Şeyx Əli Salmanın növbəti məhkəməsi fevraın 19-da keçiriləcək

-- Ə.Salman Qətərə casusluqda ittiham edilir.

Bəhreynin əl-Vifaq cəmiyyətinin sədri, siyasi məhbus, həbs dövrünü başa vurmaqda olan Şeyx Əli Salmana qarşı irəli sürülümüş yeni ittihama dair  növbəti məhkəmə prosesi keçirilib. 
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, Ə.Salman Qətərə casusluqda ittiham edilir.
 
Prosesdə qərar çıxarılmayıb. Növbəti məhkəmə 19 fevrala təyin edilib. 
 
Qeyd edək ki, Şeyx Əli Salman 3 ildir həbsdədir. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.  Bəhreyn rejimi ötən ilin noyabrında  ona qarşı yeni ittiham irəli sürüb. Ali Xəlifə rejimi Şeyxi Əli Salman haqqında casusluq maddəsi ilə yeni cinayət işi açdırıb. Bu  Bəhreyn,  BƏƏ, Misir və Səudiyyə Ərəbistanın  Qətər ilə əməkdaşlıqdan imtina etməsindən sonra baş verib.

Google+ WhatsApp ok.ru