Şeyxin nümayəndəsi: `İŞİD-ə qarşı təbliğatı gücləndirmişik`

“Biz son vaxtlar qeyri-insani rəftarları ilə gündəmə gələn İŞİD-ə qarşı təbliğatı gücləndirmişik”. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən Xaçmaz şəhər məscidinə yeni təyin olunmuş axund Yaşar Rzayev Publika.az-a açıqlamasında deyib. Şeyxin nümayəndəsi bildirib ki, İŞİD qeyri-müsəlman təşkilatıdır: 
 
“Onlara müsəlman demək günahdır. Elədikləri də bunu göstərir. Biz daim camaat arasında bu məsələlərlə bağlı təbliğat aparırıq. Son günlər maarifləndirmə işini  daha da gücləndirmişik”.
Onun sözlərinə görə, İŞİD-i Xaçmazda nə əhli-sünnə, nə də şiə camaatı dəstəkləyir.
 
 
“Onların davranışları müsəlmanlara qarşı olan rəftardır. Bunu hər kəs bilir. Biz də bunu insanlara göstərir, İŞİD-i ifşa edən təbliğat aparırıq”, - deyə Y. Rzayev bildirib.
 

Google+ WhatsApp ok.ru