Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi qarşısına toplaşanlardan 3 nəfər saxlanılıb

Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi qarşısına toplaşanlardan 3 nəfər saxlanılıb

Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi qarşısına ona dəstək üçün toplaşan insanlardan 3 nəfər Masallı rayon polisi tərəfindən saxlanılıb. 
 
Maide.Az xəbər verir ki, saxlanlılanlar arasında peşə vəzifəsini yerinə yetirən jurnalist Mirələm Həşimov da var.  
 
Qeyd edək ki, Masallı rayonunun imam cüməsi, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli  bu gün səhər saat 10-da saxlanılıb.
 
Ruhani Şeyx Sərdar Hacıhəsənliyə dövlət tərəfindən vəkil təyin etmək istəyiblər, lakin o dövlət tərəfindən təyin olunan vəkili qəbul etməyib. Həmçinin bildirilir ki, Şeyx Sərdar heç bir sənədə qol çəkməyib. 
 
Seyx Sərdara qarşı Cinayət Məcəlləsinin 168-1.3 maddesi ile ittiham verilib.
 
Xatırladaq ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov  Şeyx Sərdardan ruhani fəaliyyətinə xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib. 
 
Əldə etdiyimiz son məlumata görə Şeyx Sərdarı Masallı rayon məhkəməsinə aparıblar. Məhkəmə qapalı keçirilir. 
 
Məlumat olduqca yenilənəcək!

Google+ WhatsApp ok.ru