Şeyx Sərdar Hacıhəsənlidən xəbər var – Vəkili təcridxanada ona baş çəkib

Şeyx Sərdar Hacıhəsənlidən xəbər var – Vəkili təcridxanada ona baş çəkib

`Polis təcridxanasında Sərdar Hacıhəsənliyə namaz səccadəsi verməkdən imtina ediblər`

Vəkil Cavad Cavadov həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli ilə görüşüb.
 
Maide.Az xəbər verir ki, bu barədə vəkil özü məlumat verib. Cavad Cavadov Masallı rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanılma Təcridxanasında saxlanılan namaz məhbusu Sərdar Babayevin hüquqlarının pozulduğunu bildirib: “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa tam əməl olunmur. Belə ki, Qanunun 19.6, 19.7 maddələrinə əsasən ona həbs edildiyi müddətdən başlayaraq bir həftə ərzində yaxınları ilə görüşmək (qanunla həftədə bir dəfə) və telefonla zəng vurmaq imkanı (qanunla həftədə iki dəfə) verilməyib. Bundan əlavə ailəsi tərəfindən ona namaz qılmaq üçün aparılan səccadənin, rəsmi nəşr olan Qurani Kərimin və digər ədəbiyyatın verilməsindən imtina edilib”.  
 
Vəkil qeyd edib ki, Sərdar Babayevin həbsinə dinc etiraz yürüşü keçirən Masallı rayon sakinləri Sultanov Salman, Şahhüseynov Fizuli, Həbibov Məhəmməd, Məhərrəmov İmadəddin Masallı rayon Məhkəməsinin 24.02.2017-ci il tarixli qərarı ilə müxtəlif müddətlərə inzibati həbsə məhkum edilib. Cavad Cavadov həmin şəxslərin də hüquqlarını müdafiə edəcəyini və apellyasiya şikayəti hazırlayacağını əlavə edib. 

Google+ WhatsApp ok.ru