Şeyx Sərdarın növbəti məhkəməsi iyunun 19-da keçiriləcək - FOTO

Şeyx Sərdarın növbəti məhkəməsi iyunun 19-da keçiriləcək - FOTO

Namaz qılmağı bilməyən şahid

Xəbər verdiyimiz kimi bu gün Masallı rayonunda Azərbaycan Ruhanilər Məclsinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu, Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilib. 
 
Maidə.Az xəbər verir ki, bu dəfə məhkəmədə şahidlər dindirilib. Məsciddə namaz qıldığı və Şeyx Sərdarın “Cümə” namazı qılaraq onun “hüquqlarını” pozduğunu iddia edən “şahid”ə namazın sözləri və qılınma qaydası ilə bağlı verilən suallar cavabsız qalıb. Aydın olub ki, “şahid” heç namaz qıla da bilmir.
 
Növbəti şahid məhkəməyə gəlmədiyi üçün hakim məhkəmənin 19 iyun tarixinə saat 10:00-a qədər təxirə salınması barədə qərar verib. 
 
Bu qərara etiraz olaraq Hacı Sərdar bildirib ki, məhkəmələri uzatmaq lazım deyil: “Cənab hakim. Məhkəmələri uzatmaq nəyə lazımdır? Birdəfəlik qərarınızı verin.”
 
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. Ona qarşı qanunsuz olaraq “Cümə” namazı qılmaqda ittiham olunur.
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru