Şeyx İsa Qasim bu gün əməliyyat olunacaq

Şeyx İsa Qasim bu gün əməliyyat olunacaq

Londona müalicə olunan Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim bu gün  bir daha əməliyyat olunacaq. 
 
Maide.Az “ABNA”a istinadla xəbər verir ki, bundan öncə də bir neçə dəfə əməliyyat olunan Şeyx İsa Qasim bu gün belindən əməliyyat olunacaq. 
 
“14 Fevral” koalisiyası  bəyanat yayaraq  Bəhreyn xalqından Ayətulah İsa Qasimin şəfası üçün dua etməyi istəyib.  
 
Qeyd edək ki, Bəhreyn rejimi tərəfindən uzun müddət ev həbsində saxlanılan, sonra səhhəti ilə əlaqədar İngiltərəyə getməsinə izn verilən böyük İslam alimi Ayətullah Şeyx İsa Qasim Londonda bundan öncə 2 dəfə əməliyyat olunub. Sonuncu dəfə Ayətullah İsa Qasim oktyabr ayının 11-də gözündən əməliyyat olunub.  Əməliyyat uğurla həyata keçirilib. 
 
Ali xəlifə rejimi tərəfindən ev həbsində saxlanılan Şeyx İsa Qasimin ölkəsində müalicəsinə izn verilmədiyi üçün, xəstəliyi artmışdı. Həkimlərin həyati risq xəbərdarlığından sonra İslam aliminin xaricə çıxarılmasına izn verilib. 
 

Google+ WhatsApp ok.ru