Şeyx İsa Qasimi qoruyan aksiyaçıların izdihamlı kumeyl duası

Şeyx İsa Qasimi qoruyan aksiyaçıların izdihamlı kumeyl duası

Şeyx İsa Qasimin mənzili qarşısında aksiyaçıların kütləvi Kumeyl duası
İslaminSesi Bəhreyn mətbuatına istinadla xəbər verir ki, ötən gün Bəhreyn rejimi tərəfindən vətəndaşlığı ləğv edilmiş şeyx İsa Qasimin mənzili qarşısında aksiyaçıların kütləvi şəkildə Kumeyl duası oxunub.
 
Ali-Xəlifə rejimi öz təhlükəsizlik qüvvələrini əd-Dərraz rayonunun ətrafında toplasa da bu aksiyaçıların dağılması ilə nəticələnməyib, əksinə onların şeyxi müdafiə etməkdə israrını daha da artırıb.
 
Aksiyaçılar şeyx İsa Qasimə toxunulacağı təqdirdə qanın su yerinə axacağını bildirirlər. 
 
Xatırladaq ki Bəhreyn insanların vətəndaşlıqdan məhrum edilməsinə görə dünyada birinci yerdədir. Statistikaya görə bu ölkə rejimi son bir ildə 250 insanı vətəndaşlıqdan məhrum edib.
 
Ali-Xəlifə rejimi ölkədə demoqrafik vəziyyəti hakim ailənin xeyrinə dəyişmək üçün fəalları vətəndaşlıqdan məhrum edir və onların yerinə Cənubi-Şərqi Asiya ölkələrindən vətəndaşlıq istəyən şəxslərə Bəhreyn pasportu almaq üçün asan şərait yaradır
 

Google+ WhatsApp ok.ru