Şeyx İsa Qasim ölkəsində nümayişlərin keçirilməsinə qadağa qoyulmasına etiraz edib

Şeyx İsa Qasim ölkəsində nümayişlərin keçirilməsinə qadağa qoyulmasına etiraz edib

Bəhreynin nüfuzlu din xadimi Şeyx İsa Qasim ölkəsində nümayişlərin keçirilməsinə qadağa qoyulmasına etiraz edib.   

Maide.Az "eastnews"a istinadla xəbər verir ki, Şeyx İsa Qasim verdiyi açıqlamada vurğulayıb ki, Bəhreynin Ali Xəlifə rejiminin bu addımı onların diktator təfəkkürə sahib olmalarını göstərir. 

 "Heç kim Bəhreyn xalqının siyasi haqlara sahib olmadığını iddia edə bilməz. Bizim xalqımız haqları olan hər şey üzərində tələb haqqına sahibdir. Hökumət bu cür qadağalar ilə xalqın qarşısını kəsə bilməz", - deyə Şeyx İsa Qasim diqqətə çatdırıb.   

O qeyd edib ki, Bəhreyn müxalifəti dinc mübarizə aparmasına baxmayaraq, hökumət siyasi düşüncələrinə görə fəalları həbsxanalara atır.  

Google+ WhatsApp ok.ru