Şeyx İsa Qasim sionistlərlə münasibətlərin haram olduğunu bəyan edib

Şeyx İsa Qasim sionistlərlə münasibətlərin haram olduğunu bəyan edib

Bəhreyn müsəlmanlarının mənəvi lideri Ayətullah Şeyx İsa Qasim, sionist rejimlə münasibətlərin yaxşılaşdırılmasının haram olduğunu (qadağan) və bu rejim ilə münasibətlərin normallaşmasına dair hər hansı bir göstərişin İslam ümmətinə qarşı xəyanət - Allaha qarşı üsyan olduğunu bildirib.
 
Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, Ayətullah Şeyx İsa Qasim deyib: "İslam ümmətinin, münasibətlərin yaxşılaşdırılması əvəzində və bununla bağlı verilən fətva qarşısında susmağı xəyanətdən və müsəlmanlara qarşı edilən cinayətdən başqa bir şey deyil”.
 
Şeyx İsa Qasim, sionist rejimin İslam ümmətinə qarşı təcavüzünün qüvvədə qaldığını və bu rejimin təcavüzü müsəlman mahiyətinə yönəldərək, onlar üzərində tam hökmranlığa nail olmaq istədiyini - müsəlmanları alçaltmağa can atdığını bildirib. Ayətullah Şeyx İsa Qasim, İsrail rejimi ilə münasibətlərin normallaşdırılması mövzusunda 14 İslam ölkəsinin dini liderlərinin qatıldığı videokonfransda bildirmişdir:
 
"Sionist rejimlə münasibətləri normallaşdırmaq Fələstin məsələsini tamamilə aradan qaldırmaq (və gündəmdən çıxarmaq) üçün açıq bir yoldur". Onun sözlərinə görə, münasibətlərin normallaşdırılması sionist rejimi tanımağın və mövcudluğunu qanuniləşdirməyin ədalətsiz bir yoludur və bu sionistlərin Ərəb-İslam dünyası üzərindəki hökmranlıqlarını genişləndirməsinə imkan verəcək. "Sionist rejimlə münasibətlərin normallaşması İsrail rejiminin işğalına qarşı müqavimətin mübarizəsini qınamaqdır və sionistlərin bölgə və İslam ümmətinin sabitliyini pozmaqda oynadığı dağıdıcı rolun tanınması deməkdir", - deyə Şeyx Qasim qeyd edib.
 
O, sionistlərlə münasibətləri normallaşdırma gerçəkliyinin arxasında İslamın prinsipləri ilə münaqişələrin dürması, bu rejimin xərçəng şişi kimi məhv edici və yer üzündə böyük pisliyin mənbəyi olduğu haqda xəbərdar etdi.
 

Google+ WhatsApp ok.ru