Şeyx İsa Qasim siyasi fəallara edam cəzası verilməsini qınayıb 18 Yanvar 2021 13:14 Dünya Bəhreynin nüfuzlu din xadimi Ayətullah Şeyx İsa Qasim siyasi fəallara edam cəzası verilməsini qınayıb. Maide.Az "eastnews"-a istinadla xəbər verir ki, O, öz açıqlamasında bildirib ki, hökumət əleyhinə olan insanları edamlarla susdura bilməyəcək. "Edam olunanlar və həbsə atılanlar daim Bəhreyn xalqının qəlbində yaşayacaqlar. Biz şəhidlərimizi və fədakar insanlarımızı heç vaxt unutmayacağıq", - deyə Şeyx İsa Qasim diqqətə çatdırıb. Şeyx İsa Qasim hökumətin İsrail rejimi ilə yaxınlaşmasını da İslam dininə xəyanət olaraq xarakterizə edib. Qeyd edək ki, Bəhreyn İnsan Hüquqları və Demokratiya Mərkəzinə görə, Ali Xəlifə rejimi Apelyasiya Məhkəməsinin ən azı 4 nəfər üçün edam qərarını təsdiqlədiyi və Bəhreyndə ən azı 27 nəfərin ölüm hökmünün icrasını gözlədiyi qeyd edilib. Teqlər : #Şeyx,#İsa,#Qasim,#siyasi,#fəallara,#edam,#cəzası,#verilməsini,#qınayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nəcəf və Kərbəlada Həzrət Zəhranın (s) şəhadəti münasibəti ilə əzadarlıq - FOTO Sudanın paytaxtında İsrail rejimi əleyhinə etiraz aksiyası keçirilib - FOTO