`Şeyx İsa Qasim  təcili əməliyyat olunmalıdır`

`Şeyx İsa Qasim təcili əməliyyat olunmalıdır`

-- Xəstəxanaya yerləşdiriləcəyi gözlənilir

Bəhreyn şiələrinin lideri Şeyx İsa Qasim yaxın  bir neçə saat ərzində xəstəxanaya yerləşdiriləcək.  Bunu Bəhreynin  “əl-Vifaq” cəmiyyəti yayınladığı bir açıqlamada bildirib. 
 
Maide.Az  “İQNA”-a istinadən xəbər verir  ki, açıqlamada bildirilib ki,  Şeyx İsa Qasim xəstəxanaya önəmli bir əməliyyat üçün yatırlacaq.  
 
“10 gün öncə xəstələnən Şeyx İsa Qasimin təcili əməliyyat olunması lazım idi. Lakin  buna rəğmən  Ali Xəlifə rejimi  qəsdən Şeyx İsa Qasimin xəstəxanya yatırılmasını əngəlləyir”, -deyə “Əl-Vifaq” Cəmiyyəti öz açıqlamasında bildirib. 
 
“Əl-Vifaq” Cəmiyyəti  öz açıqlamasında həmçinin Bəhreyn rejimini Şeyx İsa Qasimə qarşı  təzyiqlərə son verməyə çağırıb.  
 
Qeyd edək ki, aylardır Ali Xəlifə rejimi tərəfindən ev dustlaqlığında saxlanılan və səhhətinin ağırlaşması səbəbilə xəstəxanaya aparılan Bəhreynin nüfuzlu din xadimi Şeyx İsa Qasim 2017-ci ilin dekabr ayında da əməliyyat edilmişdir. 
 
 Bəhreyn Hüquq və Demokratiya İnstitutunun verdiyi bəyanatda Ayətullah İsa Qasimin  İbn əl-Nafis xəstəxanasında əməliyyat edildiyi bildirmiş və  din xadiminin növbəti əməliyyatların da gözlədiyini qeyd etmişdir. 
 
Xatırladaq ki,  Bəhreyn rejiminə qarşı çıxışları səbəbilə vətəndaşlıqdan çıxarılan və ev dustaqlığına məhkum edilən din xadimi Ayətullah İsa Qasimin qan azlığı, şəkərli diabet və davamlı ağrılardan əziyyət çəkdiyi bildirilir.  
 

 

Google+ WhatsApp ok.ru