Şeyx İsa Qasim xəstəxanaya qaldırıldı

Bəhreyn şiələrinin aparıcı inqilabçı alimi Ayətullah Şeyx İsa Qasim evində ayağının burxulması və yıxılması nəticəsində təcili yardımla xəstəxanaya aparılıb.
 
Maide.az xəbər verir ki, yüngül şəkildə yaralanmış Şeyx İsa Qasimin vəziyyətinin yaxşı olduğu və narahatlıq yaradacaq bir vəziyyətin olmadığı açıqlanıb. Amma buna baxmayaraq, hələ bir həftə xəstəxanada nəzarət altında qalacağı bildirilir.
 
İslamı Birlik Cəmiyyəti verdiyi açıqlamada Şeyx İsa Qasimin xəstəxanada müalicə altına alındığını və orada olduğu müddətdə vəziyyətinə maksimum diqqətlə nəzarət edəcəyi bildirilib.

Google+ WhatsApp ok.ru