Şeyx İsa Qasim xəstəxanadan evə buraxıldı

Şeyx İsa Qasim xəstəxanadan evə buraxıldı

Bəhreyn şiələrinin lideri bir müddət müalicə aldıqdan sonra xəstəxanadan evə buraxılıb.
 
Maide.Az IQNA- a isinadla bildrir ki, Ayətullah Şeyx İsa Qasimin müalicəsi məsələsi ilə məşğul olan dəstə dünən, bəyanat yayaraq onun xəstəxandan evə buraxıldığını bildirib.
 
Bəyaniyyədə deyilir ki, Ayətullah Şeyx İsa Qasimi müalicə edən həkimlər onu tez-tez xəstəxanaya müraciət etmək və müalicəsini sonadək davam etdirmək şərti ilə xəstəxanadan buraxılmasına icazə verib.
 
Buna görə də Ayətullah Şeyx İsa Qasim müalicəsini davam etdirmək üçün hələ Londonda qalacaqdır.
 
Qeyd edək ki, Şeyx İsa Qasim iki il Ali-Xəlifə rejimi tərəfindən ev dustağı saxlanıldıqdan sonra cari ilin İyul ayında müalicə almaq üçün Londona gətirilmişdi. 

Google+ WhatsApp ok.ru