Şeyx İsa Qasim yenidən xəstəxanaya yerləşdirilib

Şeyx İsa Qasim yenidən xəstəxanaya yerləşdirilib

Bəhreyn rejimi tərəfindən uzun müddət ev həbsində saxlanılan, sonra səhhəti ilə əlaqədar İngiltərəyə getməsinə izn verilən böyük İslam alimi Ayətullah Şeyx İsa Qasim Londonda yenidən xəstəxanaya yerləşdirilib.
 
Maide.Az "FaktXeber"-a istinadla məlumatına görə, o, bundan əvvəl əməliyyat olunduğu xəstəxanaya aparılıb.
 
Xatırladaq ki, iyulun 9-da Bəhreyndən İngiltərənin paytaxtı Londona gətirilmişdi.
 
Ali xəlifə rejimi tərəfindən ev həbsində saxlanılan Şeyx İsa Qasimin ölkəsində müalicəsinə izn verilmədiyi üçün, xəstəliyi artmışdı. Həkimlərin həyati risq xəbərdarlığından sonra İslam aliminin xaricə çıxarılmasına izn verilmişdi.
 
Londonda o,  bir dəfə əməliyyat olunub və əməliyyatı uğurlu keçib. Ayətullah İsa Qasim oktyabr ayının 11-də gözündən əməliyyat olunub. 
 

Google+ WhatsApp ok.ru