Şeyx Zəkzaki dəfələrlə işgəncə olunub; gözləri görmə qabiliyyətini itirir

Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzakinin bu ölkənin hərbiçiləri tərəfindən həbs edilməsindən 4 ay keçir və ona yaxın bir nəfərin Şeyx Zəkzaki ilə görüşməsinə icazə verilib. 
 
Maide.az  anadolu xəbər agentliyinə istinadən xəbər verir ki,  adı açıqlanmayan  Şeyx Zəkzakiyə yaxın olan şəxs bildirib ki,  görüşdə Şeyx Zəkzakinin həyat yoldaşı da iştirak edib. 
 
Onun bildirdiyinə görə, Şeyx Zəkzakinin sağlamlıq durumu yaxşıdır lakin  ona dəymiş güllələrdən biri  bədənindən çıxarılmayıb. Bildirilib ki, güllə bədəndən çıxarılarsa  Şeyxin həyat yoldaşı iflic olma ehtimalı ola bilər. 
 
Şeyx İbrahim  Zəkzaki ilə görüşən şəxs bildirib ki,  Şeyx Zəkzaki  Nigeriya ordusu tərəfindən işkəncələrə məruz qalıb və gözünün birinin görmə qabiliyyətini tamamilə itirib.  “Şeyx Zəkzaki  hazırda müalicə alır. Təssüflər olsun ki, digər gözünün də görmə qabiliyyəti  həddən artıq zəifləyib.  Şeyx Zəkzaki indiyədək bir neçə dəfə əməliyyat olunub. Çox çətinliklə yeriyir.”
 
Qeyd edək ki, Nigeriya ordusu 2015-ci il dekabrın 12-si və 13-də bu ölkənin şimalında müsəlmanların hüseyniyyəsinə və Şeyx Zəkzakinin mənzilinə basqın edərək, onu həbs edib və bu ruhanini qorumağa çalışan şəxslərə atəş açıblar.
İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub. 
 
Cari ilin yanvar ayında Nigeriya İslami Hərakatının sözçüsü İbrahim Musa bəyanat yayaraq bildirib ki, bizdə olan siyahıya görə dekabrda baş verən o faciədən sonra 730 kişi və qadın itgin düşüb. “Bu şəxslər ya ordu qüvvələri tərəfindən öldürülüb, ya həbs olunublar. Lakin onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.”
İ.Musa deyib ki, Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. /
 
 
 

Google+ WhatsApp ok.ru