Şeyx Zəkzaki : `Mənim mediaya müsahibəm təhrif olunub` - Təfərrüat-Video

Şeyx Zəkzaki : `Mənim mediaya müsahibəm təhrif olunub` - Təfərrüat-Video

-- Xalqı qətliam etməkdən əl çəkmirlər. Mən indi durub onlara təşəkkür edəcəm?!

Nigeriya şiə müsəlmanlarının lideri Şeyx İbrahim Zəkzəkinin səhətinin pisləşməsi ölkədə etirazlara səbəb olmasından sonra onun normal müalicə olunması üçün hökumət Şeyx İbrahim Zəkzəkinin jurnalistlər qarşısına çıxaraq açıqlama verməsinə icazə verib.

Şeyx Zəkzaki açıqlamasında bildirmişdi ki, möminləri duası sayəsində səhhətim indi yaxşıdır. Şəxsi həkimimin məni müalicə etməsinə icazə verilib. Dünən oğlu ilə əlaqə saxlayan nigeriyalı müsəlmanlarının lideri oğlu ilə söhbətində mətbuata verdiyi müsahibənin Nigeriya rejiminin hazırladığı bir nümayiş olduğunu və onun sözlərinin kəsildiyini və təhrif edildiyini vurğulayıb:

"Həbsdən çxıdıqdan sonra bəzi analizlərin götürülməsi üçün xəstəxanaya köçürüləcəyimi dedilər. Təəccüblü vəziyyətdə müsahibə verdiyim yerə - Təhlükəsizlik və İnformasiya Nazirliyinin binasına gətirildim. Əlbəttə, məni bura niyə gətirdiklərini soruşdum. Dedilər ki, xanımınız burdadır. Onunla birlikdə xəstəxanaya gedəcəksiniz. Oranə tərk edərkən bildirdilər ki, sizinlə görüşmək istəyənlər var. Mən bilmirdim onların məqsədi jurnalistlərdir.

Jurnalistlər sağlamlığım haqqında bir neçə sual verdilər və mən də onların suallarını cavablandırdım. Mən verdiyim müsahibədə bu ifadləri işlətmişəm:

"Ötən cümə ( 5 yanvar) infarkt keçirdim. Yanvarın 8-dək vəziyyətim ağır idi, daha sonra təhlükə sovuşdu. Bu dəfə həkimlərimlə görüşməyə icazə verildi və mən yaxşılaşıram. Əvvəllər həkimlərimə məni ziyarət etmək icazəsi verilmirdi. Ancaq Təhlükəsizlik xidmətinin həkimləri məni müailicə edirdilər. İlk dəfə öz həkimlərimə müraciət etmək üçün icazə verilib. Mən onlara infarktın təsirinin hələ də qaldığını söylədim, amma indi yaxşılaşıram, sizlərədə dualarınıza görə təşəkkür edirəm. Mən bunları söylədim. Hal-hazırda, sənlə söhbət edirəm, məcburam uzanam ki, sənlə danışa bilim.  Namazlarımı oturub qılıram. Ruku və səcədəyə gedə bilmirəm. Xalqın dualarına təşəkkür edirəm. O duaların təsirini burda hiss edirəm. Mən heç zaman Təhlükəsizlik xidmətinə təşəkkür etməmişəm. Onlar mənim təşəkkürümə layiq deyillər.  Çünki məni qanunsuz şəkildə həbs ediblər. Bu ölkənin qanunlarından heç biri onların davranışlarını təsdiqləmir. Müəslmanlara qarşı başladılan hadisələrdən iki il keçib və onlar öz işlərini davam etdirirlər. Xalqı qətliam etməkdən əl çəkmirlər. Mən indi durub onlara təşəkkür edəcəm?!"

Allaha şükürlər olsun. Dünyaya hələ də yaşadığımı göstərmək üçün şou təşkil etdilər ki, yaxşıdır, amma onları təqdir etdiyimi iddia etmək düzgün deyil. Amma məqsədlərinə çatmadlar. Bütün sədaqətli qardaş və bacılarıma təşəkkür edirəm. Onlara səbr və istiqamət diləyirəm. Qeyd edək ki, Nigeriya mediası Şeyx Zəkzakinin müsahibəsindən yalnız "Yaxşıyam və dualarınıza görə sizlərə təşəkkür edirəm" - hissəsini yayınlamışdı.

Xatırladaq ki, 2015-ci ilin dekabr ayında Nigeriyada hökumət qüvvələri müsəlmanlara qarşı qətliam törədiblər. Nigeriya İslam Hərakatının Lideri Şeyx Zəkzakinin bir oğlu və bir qızı başda olmaqla minlərlə şiə qanına qəltan edildi, diri-diri yandırıldı. Mindən artıq müsəlman isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralı vəziyyətdə həbsxanalara salınmışdı. Şeyx Zəkzakinin özü və xanımı isə göz və sinə nahiyyəsindən ölümcül yaralanmışdılar. 2014-cü ilin Ramazan ayında isə Nigeriya hərbiçiləri Şeyx Zəkzakinin 3 oğlunu öldürmüşdülər. (eastnews.org)

Google+ WhatsApp ok.ru