Şeyx Zəkzəkinin qızı: “Atam edam təhlükəsilə üzləşib”-VİDEO

Şeyx Zəkzəkinin qızı: “Atam edam təhlükəsilə üzləşib”-VİDEO

Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzəkinin qızı Suheylə Zəkzəki atasının Nigeriya rejimi tərəfindən özbaşına həbs edilərək, edam olunmaq təhlükəsilə üzləşdiyini bildirib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Suheylə Zəkzəki cümə günü İsveçrənin Cenevrə şəhərində keçirilmiş Beynəlxalq Ədalət Məhkəməsi və İnsan Hüquqları Şurasının (İCSFT) seminarında iştirak edərək, çıxış edib.
 
Onun sözlərinə görə, valideylərinin həbs olunmaları onların səhhətinin son üç ildə ciddi şəkildə pisləşməsilə nəticələnib və bu il mayın 15-də onlar qaldıqları təcridxanadan digər həbsxanaya köçürülüblər.
 
O, valideynlərinin onunla əlaqə saxlaya bilmədiklərini, çünki onların saxlanma şəraitləri barədə danışa biləcəklərini qeyd edib.
 
Suheylə Zəkzəki həkimlərin atasının komaya düşmə ehtimalı barədə xəbərdarlıq etdiyini vurğulayaraq, məhz bu səbəbdən birlikdə həbs edilən atasının və anasının arasında əlaqənin də olmadığını təsdiqləyib.
 
O, çıxışında həmçinin anasının vəziyyətinə də toxunub və anasının təcili tibbi müdaxiləyə ehtiyacının olduğunu vurğulayıb.
 
Suheylə Zəkzəki Nigeriyadakı məhkəmənin atasının qanunsuz həbs edilməsi ilə əlaqədar bir qərar çıxardığını diqqətə çəkərək, Nigeriya hökumətinin bu qərarı icra etməkdən imtina etdiyini bildirib.
 
Beynəlxalq hüquq eksperti və İCSFT-nin sədri professor Con Vermon da öz növbəsində deyib ki, biz bir cəmiyyətin liderinə qarşı ədalətsiz həbsin aydın nümunələrindən məlumatlıyıq, belə bir özbaşınalığı qəbul edə bilmərik və bunu sona çatdırmalıyıq.
 
 
 

Google+ WhatsApp ok.ru