Şeyx Zəkzəkinin növbəti məhkəməsi gələn ilin yanvarında keçiriləcək

Şeyx Zəkzəkinin növbəti məhkəməsi gələn ilin yanvarında keçiriləcək

Kaduna Əyalət Məhkəməsi Nigeriya şiələrinin lideri Şeyx İbrahim əl-Zəkzəki və həyat yoldaşı barədə məhkəmnə prosesini başyalıb. Bununla da üç ildən sonra ilk dəfə olaraq Şeyx İbrahim əl-Zəkzəki məhkəmə qarşısına çıxarılıb.
 
Maide.az “PUNCH” agentliyinə istinadla xəbər verir ki, 4 oktyabr 2018-ci il tarixində başlanan ilk proses zamanı Şeyx İbrahim əl-Zəkzəki və həyat yoldaşı məhkəməyə gətirilmədiyi üçün 7 noyabr tarixinə qədər təxirə salınmışdı. 
 
Dünən baş tutan məhkəmə prosesində gətirilən Seyx Zəkzəkini müşayət edən avtomobil karvanın keçdiyi ərazidə izdiham müşahidə olunub. Təhlükəsizlik qüvvələri və silahlı şəxslər avtomobil karvanına yaxınlaşanları təhdid ediblər. 
 
Nigeriya məhkəməsi Şeyx İbrahim Zəkzakinin tibbi yardıma ehtiyacı olmasına baxmayaraq, onu girov müqabilində azadlığa burxmayıb. 
 
Şeyx Zəkzəkinin vəkilləri jurnalistlərə bildiriblər ki, hüquq-mühafizə qrupu girov müqabilində azad olunma ərizəsi ilə bağlı qərar çıxaracaq. "Məhkəmə Şeyx Zəkzəki və onun həyat yoldaşı üçün girovun tətbiq olunacağı 22 yanvar 2019-cu il tarixinə qədər Dövlət Təhlükəsizlik Xidmətinin  nəzdində qalacağını qərarlaşdırıb".
 
Xatırladaq ki, 2015-ci ildə evinə təşkil olunmuş hücum nəticəsində yaralanan və hazırda həyat yoldaşı ilə birlikdə həbsdə saxlanılan Şeyx Zəkzaki ötən il insult keçirib. 
 

 

Google+ WhatsApp ok.ru