Şeyx Zəkzaki və xanımını həbsxanada zəhərləyiblər-FOTO

Şeyx Zəkzaki və xanımını həbsxanada zəhərləyiblər-FOTO

Nigeriya İslam Hərəkatının lideri Şeyx Zəkzaki və xanımı həbsxanada zəhərlənib.
 
Maide.Az "FaktXeber"-a istinadla verdiyi məlumata görə, əcnəbi həkimlər onları müayinə etdikdən sonra belə qərara gəliblər.
 
Həkimlərin sözlərinə görə, İslam aliminin ağır metallarla zəhərləndiyi müəyyən olunub. Araşdırma zamanı onun qanından təhlükəli səviyyədə qurğuşun və kadmiya görünüb. Həkimlər təkcə bu faktın onun təcili şəkildə yüksək ixtisaslı həkimlər tərəfindən nəzarətə götürülməsinə kifayət etdiyini vurğulayıblar.
 
Halbuki hesabata görə, bundan başqa Şeyx Zəkzakinin ürəyinə qan yaxşı işləmir, bu isə ürək tutması riskini artırır. Onda həmçinin ağır boyun spondiliti müşahidə edilib, hansı ki, sinir kökünü sıxır.
 
Sənəddə bildirilir ki, Şeyxin sağ gözündə qlaukoma və sarı ləkə kimi problemlər korluqla nəticələnə bilər. Sağ gözü isə tamamilə görmə qabiliyyətini itirib.
 
Şeyxin həyat yoldaşı xanım Malama Zeenah İbrahimdə isə sinus aritmiyası – ürək döyüntülərinin qeyri-stabil atması müşahidə olunub. Bundan başqa  onun diz oynağında ağırlar və sancılarla müşaiyyət olunan ikitərəfli osteoartrit aşkarlanıb. Həkimlər xanım Malamanın dərhal əməliyyat edilməsinin vacibliyini vurğulayıblar.
 
Bundan başqa onun ciyərində ağırlaşmalar və biliyar komplikasiyalar müşahidə olunub. Həçmçinin sol gözündə katarakta aşkarlanıb. Həkimlər xanım Malamanın güclü ürəkbulanma və mədə ağrılarından da əziyyət çəkdiyini deyiblər.
 
Həkimlərin sözlərinə görə, bütün bu faktlar həm İslam aliminin, həm də xanımının dərhal xəstəxanaya yerləşdirilərək, yüksək ixtisaslı həkimlər tərəfindən müalicə edilməsinin vacibliyini göstərir.
 
Digər tərəfdən Nigeriya İslam Hərəkatı bir bəyanat yayaraq, Şeyx Zəkzakinin və həyat yoldaşının tez bir zamanda azadlığa buraxılmalarını tələb edibdir. Ölkənin müxtəlif şəhərlərində bununla bağlı aksiyalar keçirilib.
 
Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.

Google+ WhatsApp ok.ru