Şeyx Zəkzəkinin tərəfdarları polisin müdaxiləsinə baxmayaraq etirazları davam etdirir-FOTO

Şeyx Zəkzəkinin tərəfdarları polisin müdaxiləsinə baxmayaraq etirazları davam etdirir-FOTO

Nigeriya xalqı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması üçün günlərdir keçirdiyi aksiyalarına polisin sərt müdaxilə etməsinə baxmayaraq, davam ediləcəyini bildirib.
 
Maide.Az  "Deyerler.org-a istinadən xəbər verir ki, iyulun 10-u paytaxt Abucada küçələrə çıxan etirazçılar, Buxari rejimindən Şeyx Zəkzəki və xanımının səhhətinin pisləşdiyi üçün qanunsuz həbsdə saxlanılmasına son qoyulmasını tələb ediblər.
 
Bu arada, Nigeriya Milli Məclisi polis ilə bir qrup etirazçı arasında baş vermiş toqquşmalar səbəbiylə bağlanıb.
 
Hər iki tərəf də hadisələr haqqında bir-birini ittiham edir. Polis mənbələrindən bildiriblər ki, 2 zabit odlu silahla ayaqlarından vurulub və altı zabit isə, ağac və daş istifadə edən şəxslər tərəfindən yaralanıb.
 
Nigeriya İslam Hərəkatının (İMN) üzvü Abdulla Məhəmməd Musanın açıqlamasına görə, polis parlament binasına dinc bir şəkildə girməyə çalışan etirazçılara atəş açaraq, 3 nəfəri öldürüb, 20 nəfəri də yaralayıb.
 
İnsan haqları qruplarına görə, Nigeriyalı təhlükəsizlik qüvvələri 2015-ci ildən etibarən böyük miqyasda dinc aksiyalara sərt müdaxilə edərək, qrupun 400 üzvünü öldürüb.
 
Polis mənbələri iyulun 9-u baş vermiş hadisələrdə 40 etirazçını həbs etdiklərini söyləyib. Şahidlərin sözlərinə görə, polis etirazçılara qarşı göz yaşardıcı qaz bombasından istifadə edib.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru