Şeyx Zəkzakinin lideri olduğu təşkilatı ‘terrorçu qruplaşma’ elan etdilər

Şeyx Zəkzakinin lideri olduğu təşkilatı ‘terrorçu qruplaşma’ elan etdilər

Nigeriyada məhkəmələrdən biri şiə müsəlmanlarından ibarət olan və Şeyx İbrahim Zəkzakinin rəhbərlik etdiyi "Nigeriya İslam Hərəkatı"nı (IMN) terrorçu qruplaşma elan edib.

Maide.Az "eastnews"a istinadla xəbər verir ki, bu barədə bölgədəki hüquq müdafiəçiləri məlumat yayıblar.

Lakin "Nigeriya İslam Hərəkatı"nın vəkilləri qərara etiraz ediblər və siyasi sifariş olduğunu diqqətə çatdırıblar.

Nigeriya Prezident Administrasiyası da bəyanat yayaraq, iddia edib ki, qərar şiə müsəlmanlarına deyil, "Nigeriya İslam Hərəkatı"na yönəlib.

Digər bir xəbərə görə, Nigeriya şiələrinin həbsdə olan lideri Şeyx Zakzakinin kəlləsinin çəkilmiş rentgen şəklində 2015-ci ildə evinə hücum zamanı başından aldığı güllənin hələ də kəllə sümüyündə qaldığı məlum olub. 

Qeyd edək ki, paytaxt Abuca şəhərində "Nigeriya İslam Hərəkatı" lideri Şeyx İbrahim Zəkzakinin azad edilməsi tələbiylə aksiyalar bu gün də davam edib.  

Google+ WhatsApp ok.ru