Şeyx Zəkzəkinin müalicə məqsədiylə xaricə çıxmasına qadağa qoyulub?

Şeyx Zəkzəkinin müalicə məqsədiylə xaricə çıxmasına qadağa qoyulub?

Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzəkinin müalicə məqsədiylə xaricə çıxmasına böyük ehtimalla hökumət tərəfindən qadağa qoyulduğu bildirilir.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Nigeriyadakı aparıcı qəzetlərdən birinin xəbərinə görə, yerli bəzi mənbələr Nigeriya hökumətinin Şeyx Zəkzəkinin müalicə üçün xaricə getməsinə icazə verməyəcəyini bildiriblər.
 
Bu arada, Nigeriya hökumətinin bir təhlükəsizlik rəsmisi də bu xəbəri təsdiqləyib və hətta məhkəmənin buna qarşı bir qərar verməsi vəziyyətində belə hökumətin Şeyx Zəkzəkinin xaricə getməsinə icazə verməyəcəyinə inandığını söyləyib.
 
Digər tərəfdən, Nigeriya İnformasiya və Mədəniyyət Nazirliyinin katibi İslam İnsan Hüquqları Komissiyası kimi, bəzi qeyri-hökumət təşkilatlarının onunla əlaqə saxladığını və Şeyx Zəkzəkinin müalicəsi üçün Hindistana gedərkən sığınacaq təklif etdiyini iddia edib.
 
Nigeriya İslam Hərəkatının sözçüsü İbrahim Musa bu iddiaları rədd edərək, Nigeriya hökumətinin Şeyx Zəkzəkiyə qarşı yalan təbliğat aparığını bildirib.
 
O, Şeyx Zəkzəki və həyat yoldaşının Hindistandan qayıdarkən polis qüvvələri tərəfindən naməlum bir yerə aparıldığını açıqlayıb.
 
İbrahim Musa Nigeriya polisindən Şeyx Zəkzəkinin harada saxlanıldığını açıqlamasını tələb edib.

Google+ WhatsApp ok.ru