Şeyx Zəkzəkinin azadlığa buraxılması qərarından 3 il keçdi

Şeyx Zəkzəkinin azadlığa buraxılması qərarından 3 il keçdi

Nigeriya İslam Hərəkatı Şeyx Zəkzəki və həyat yoldaşı Zinətuddin İbrahimin həbsinin davam etməsinin qanunların ən pis pozuntusu olduğunu bəyan edib.
 
Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, Nigeriya İslam Hərəkatının mətbuat katibi İbrahim Musa açıqlamasında, Şeyx Zəkzəki və həyat yoldaşı Zinətuddin İbrahimin sərbəst buraxılması ilə bağlı Abuca Federal Ali Məhkəməsinin 2016-cı ilin 2 dekabr məhkəmə qərarına baxmayaraq, həbsin davam etməsinin qanuna zidd olduğunu qeyd edib.
 
Mətbuat açıqlamasında, Federal Ali Məhkəmənin Şeyx Zəkzəkinin həbsinin davam etdirilməsi ilə konstitusiya hüquqlarının pozulduğu vurğulanıb.
 
Şeyx Zəkzəkiyə dəstək verənlər Federal Ali Məhkəməsinin qərarının 3-cü ilində Nigeriya hökumətinin məhkəmə qərarını heçə saymasını qınamaq üçün paytaxt Abucada yürüş keçirərək, hökumətin demokratik prinsiplərə zidd davrandığını bildiriblər.
 
Hökuməti zərərli davranışda günahlandıran Nigeriya İslami Hərəkatı, keçirilən etirazlara və başqa ölkələrdəki yaxşı niyyətli insanların cəhdlərinə baxmayaraq, Nigeriya rəhbərliyinin Şeyx Zəkzəkinin azadlığa buraxılması tələblərinə qulaqlarını tıxadığını qeyd edib.
 
Şeyx Zəkzəki tərəfdarları Nigeriya hökumətinin şeyxin milli təhlükəsizliyə təhdid yaratdığına dair iddialarını da rədd edib. Qanunun aliliyinə inandıqları üçün fəaliyyətlərində dinc və səbirli olacaqlarını bildiriblər.
 
Sonda Şeyx Zəkzəki tərəfdarları hökumətin onlara qarşı qəddar güc tətbiq etməsinə baxmayaraq, Şeyx Zəkzəki və həyat yoldaşının sərbəst buraxılmasını tələb etməyə davam edəcəklərini söyləyiblər.
 

Google+ WhatsApp ok.ru