Şeyx Zəkzakinin Kaduna mərkəzi həbsxanasına köçürülməsi pislənilib 07 Dekabr 2019 09:37 Dünya Nigeriya Islami Hərəkatı (IMN) hökumətin Şeyx Zəkzaki və onun həyat yoldaşının Kaduna mərkəzi həbsxanasına köçürülməsi qərarını pisləyib. Maide.Az “tv360nigeria” saytına istinalda xəbər verir ki, hərəkat sözçüsü İbrahim Musa yayımladığı bəyanatda bildirilir ki, 2015-ci ildə edilmiş hücum nəticəsində yaralanıb və həbs olunan hərəkat üzvlərinin bir çoxu Kaduna əyalətinin mərkəzi həbsxanasında müalicə üçün tibbi imkanlar olmadığı üçün həyatlarını itirib. Səhhətində ciddi problemləri olan və həyatı təhlükədə olan Şeyx Zəkzakini belə bir həbsxanaya köçürtmək ona qarşı təzyiqi artırmaq məqəsdilədir. “Biz səhhətlərində ciddi problemləri olan hərakat liderimiz Şeyx Zəkzaki və onun həyat yoldaşına qarşı hər növ təzyiqi pisləyirik. Şeyx Zəkzaki və onun həyat yoldaşının dərhal və heç bir şərt olmadan azad olunmasını tələb edirik və heç vaxt bu qanuni istəyimizdən geri çəkilməyəcək, təslim olmayacayıq.” Qeyd edək ki, bir neçə gün öncə Kaduna əyalətinin Ali Məhkəməsi Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının Kaduna mərkəzi həbsxanasına köçürülməsi ilə bağlı qərar qəbul edib. Xatırlaqdaq ki, Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar. 17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kaduna vilayəti ali məhkəməsinə ərizə göndərilib. Avqustun 5-də Nigeriya məhkəməsi ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının müalicə üçün Hindistana getməsi haqqında qərar çıxardıb. Avqust ayında Nigeriya hökuməti Şeyx İbrahim Zəkzaki və həyat yoldaşını Hindistanda müaliciyə gönərib. Lakin daha sonra Şeyx İbrahim Zəkzakinin həyatına təhülkə olması etirazından sonra Nigeriya hökuməti Şeyxi Nigeriyaya geri qaytararaq naməluma şəraitdə saxlayırdı. Nigeriyanın müxtəlif bölgələrində Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilir. İndiyədək onlarla Əhli-beyt (ə) ardıcılı bu aksiyalarda polis tərəfindən güllənərək şəhid edilib və çox sayda insan yaralanıb. Teqlər : #şeyxzəkzaki ,#Şeyx ,#İbrahimzəkzaki,#ibarhim,#zəkzaki,#nigeriya,#kaduna, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fransız kommersantları tətil səbəbiylə müştəri fəaliyyətində 30 faiz azalma olduğunu bildiriblər Qum şəhəri Həzrət Məsumənin (s.ə) matəmində - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO