Şeyx Zəkzəkinin həbsindən 1500 gün keçib: Xalq küçələrdə etiraz etdi  - FOTO

Şeyx Zəkzəkinin həbsindən 1500 gün keçib: Xalq küçələrdə etiraz etdi - FOTO

Nigeriya diktator rejiminin Şeyx Zəkzəki və xanımı Zinətuddin İbrahim ilə yüzlərlə Nigeriya İslam hərəkatı fəalını həbs etməsindən 1500 gün keçib.
 
Maide.Az "deyerler.org"a istinalda  xəbər verir ki, Nigeriya xalqı Şeyx Zəkzəkinin qanusuz həbsdə saxlanılmasının 1500-cü günü münasibətilə yanvarın 20-si paytaxt Abucada küçələrə çıxaraq, Muhammadu Buxari rejimindən ədalət tələb ediblər.
 
Minlərlə insanın iştirakı ilə keçirilən mitinqdə, nümayişçilər Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən hələ də icra edilməməsini qınayıblar. Etirazçılar, həmçinin Şeyx Zəkzəki və xanımı Zinətuddin İbrahim ilə həbsdə olan bütün İMN fəallarının dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını tələb ediblər.
 
Nümayişçilər Şeyx Zəkzəki və xanımı Zinətuddin İbrahimin səhhətinin ağırlaşmasına baxmayaraq, hökumətin onları hələ də dərman və həkim müayinəsindən məhrum etməsini qınayıb, baş verənlərə görə məsuliyyətin rejimin üzərində olacağını bildiriblər.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru