Şeyx Zəkzakinin oğlu: Məhkəmə fevralın 24-də valideynlərimin xəstəxana şəraitində müayinəsi ilə bağlı qərar çıxardıb, lakin...

Şeyx Zəkzakinin oğlu: Məhkəmə fevralın 24-də valideynlərimin xəstəxana şəraitində müayinəsi ilə bağlı qərar çıxardıb, lakin...

Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin oğlu Məhəmməd Zəkzaki valideynlərinin  sağlamlıq durumunun ağır olduğu və üzləşdikləri digər problemlərlə bağlı  məktub yazıb. 
 
Maide.Az xəbər verir ki, Məhəmməd Zəkzaki öz məktubunda  Kaduna əyalət həbsxana rəhbərliyinin  müxtəlif bəhanələrlə valideynləri ilə görüşə imkan verməməsi və  atası ilə - anasının müalicə prosesinin  aparılmadığı haqqında  yazıb. 
 
Məktubada bildirilir:
 
“Bu gün (13 mart 2020)  məcburam öz sükutumu pozum. Çünki  narahatam ki, mənim sükutumla  zindanda olan valideynlərimin əzabverici durumu daha da ağırlaşsın.  Valideynlərim  ev dustaqlığından Kaduna həbsxanasına köçürüldüyü gündən  davamlı olaraq atamın  yüksək qan təzyiqi  var,  bu problem digər problemlərlə yanaşı onun xəstəliyini daha da ağırlaşdırır.Anamın da  səhhətində müxtəlif problemlərlə yanaşı  burun və ağzından qan gəlir və neçə vaxtdır  müalicə olunmayıb.”
 
Ötən ilin dekabr ayında  bir neçə həkim valideynlərimlə görüşə bildiyini deyən  M.Zəkzaki bildirib ki, bəzi analizlər üçün valideynlərim xəstəxanaya  getməlidir.
 
“Həbsxana rəhbərliyi məhkəmə qərarı olmadığı bəhanəsilə xəstəxanaya aparmağa izn vermir. Fevral ayının 24-də  məhkəmə valideynlərimin lazım olan tibbi avadanlıqlarda analiz verməsi üçün şəraitin yaradılmasına  dair qərar çıxartdı. Həkimlər fevral ayının 26 - da  yenidən lazim olan analizlər üçün göstəriş verdilər.  Bu gün (martın 13-ü)  bir neçə həftə keçməsinə və bütün  səylərimizə baxmayaraq  valideynimin analizləri üçün Kaduna həbsxanası  tərəfindən şərait yaradılmayıb. Həbsxana rəsmilərinin yeni qaydalarına görə, ata- anamı  müayinə etməsi üçün lazımdır ki, hər bir həkim üçün ayrıca müraciət olunsun və paytaxtdan rəsmi icazə alınsın. Buda həftələrlə vaxt aparır və valideynlərimin səhhətinə təsir edir.”
 
Qeyd edək ki, cari ilin yanvar yaında "Nigeriya İslam Hərəkatı" Şeyx İbrahim Zəkzakinin səhhəti ilə bağlı həyəcan təbili çalıb. Hərəkatdan verilən açıqlamada vurğulanıb ki, Şeyx İbrahim Zəkzakinin səhhəti çox pisdir və hakimiyyət heç bir müdaxilə etmir.
 
"Biz beynəlxalq təşkilatları hərəkətə keçməyə çağırırıq. Şeyx Zəkzaki xəstəxanada xəstəliyinə görə ölərsə, məsuliyyəti hakimiyyətin və beynəlxalq qurumların üzərindədir", - deyə açıqlamada diqqətə çatdırılıb. Qeyd olunub ki, Nigeriya hökuməti Şeyx Zəkzakinin müayinə olunmasına belə qarşı çıxır.
 
 
 

Google+ WhatsApp ok.ru