Şeyx Zəkzəkinin şəhid olmuş dörd tərəfdarının ailəsinə təzminat veriləcək

Şeyx Zəkzəkinin şəhid olmuş dörd tərəfdarının ailəsinə təzminat veriləcək

Nigeriya Ali Məhkəməsi Şeyx Zəkzəkinin şəhid olmuş dörd tərəfdarının ailəsinə təzminat verilməsi haqqında hökm çıxarıb.

 
Hakim Tao Taiu polisə dörd nigeriyalı Şeyx Zəkzəkinin şəhid olmuş dörd tərəfdarının ailəsinə 5 milyon nayra (Nigeriya pul vahidi) ödəməyi əmr edib və Abuja Milli Xəstəxanasına qurbanların cəsədlərini dərhal ailələrinə təhvil verməyi əmr edib.  
 
Londondakı İslam İnsan Hüquqları Komissiyası (İHRC) Nigeriya Ali Federal Məhkəməsinin keçən il paytaxtda şiələrin öldürülməsi ilə bağlı verdiyi qərarı müsbət qarşılayıb.  
 
İHRC-ın məlumat bazasına görə, insan haqları təşkilatı Nigeriya Federal Ali Məhkəməsinin keçən il Abucada polis tərəfindən güllələnən dörd şiənin ailələrinə təzminat ödəmək qərarını alqışladı. Onlar Şeyx İbrahim Zəkzəkinin həbsinin davam etməsinə etiraz olaraq aksiyada iştirak etmişdilər.  
 
Süleyman Şaho, Mehdi Musa, Billiamino Abu Bakar Faska və Askari Hassan 22 iyul 2019-cu ildə Şeyx Zəkzəkinin və həyat yoldaşının azadlığa buraxılması üçün keçirilən yürüş zamanı şəhid olmuşdular.  
 
Hakim Taio Tay polisə ölənlərin ailələrinə 5 milyon nayra (13 min dollar) ödəməyi əmr edib, eyni zamanda Abuja Milli Xəstəxanasına, Süleyman Şaho, Mehdi Musa və Bilimino Əbu Bəkr Faskanın cəsədlərinin dərhal ailələrinə təhvil verilməsinə əmr edib.  
 
Qərar Nigeriya İslam Hərəkatı üçün vacib bir simvolik bir qələbədir, çünki rejim bu hərəkatı terrorçu kimi qəbul edir. Qərar şəhid olanların günahsız olduqlarını və qanunsuz olaraq öldürüldüyünün rəsmi şəkildə təsdiqləyir. Qərarda polisi günahlandırmaq istənilməsə də, polisin həddindən artıq güc və qanunsuz zorakılıq tətbiq etdiyi vurğulanır.  
 

Google+ WhatsApp ok.ru