Eyyub Hüseynov: “Yaxın günlərdə keyfiyyətsiz məhsul və xidmətlərlə üzbəüz qalacağıq”

Artıq ölkədə növbəti bahalaşma dalğası müşahidə olundu. Belə ki, bir çox ərzaq məhsullarının rəsmi olaraq bahalaşması təsdiq edildi. Bu arxasınca digər sahələri də əhatə edəcək. Əhalinin isə gəlirləri nəinki eyni səviyyədə qalıb, əksinə işsizlik nəticəsində əhali artıq müflisləşməyə doğru gedir. Bu digər bir problemə də yol açacaq. O da bazarlarda keyfiyyətsiz məhsulların sayının artmasıdır.
 
Maide.az mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Dəyərlər"ə fikirlərini bölüşərkən deyib ki, ölkədə yaxın zamanlarda hətta keyfiyyətsiz çörəklərin, suların meydana çıxacağı istisna olunmur: “Əlbətdə ki, ölkədə qiymət qalxdıqda və əhalinin gəlirləri qalxmadığı təqdirdə insanlar məcburdur ki, daha ucuz və keyfiyyətsiz mallara üz tutsun. Bu mallara ölkədə ciddi tələbat yaranır. Bu baxımdan ölkədə yaxın zamanlarda hətta keyfiyyətsiz çörəklərin, suların meydana çıxacağı istisna olunmur. Bu bazarın qanunudur. Hökumət inzibati yollarla qiymətə nəzarət etmək istəyir. Amma bu da alınmır. Çünki, inzibati yollarla müdaxilə bazar iqtisadiyyatı siyasətinə zidd addımdır. Bu baxımdan yaxın gələcəkdə keyfiyyətsiz xidmət və məhsullarla üzüzə qalacağıq. Təəssüflər olsun ki, Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enmir.
 
Biz bu vaxta qədər dəfələrlə qeyd etmişdik ki, ölkədə mükəmməl istehlakçı siyasəti formalaşmalıdır. Bazarı da, dövləti də, biznesi də saxlayan istehlakçıdır. Ölkədə biznes inkişafı siyasəti, istehlakçı siyasətindən çox öndədir. Bizə gələn şikaytlərdən anlayırıq ki, nisyə verilən mallarda camaatın 50 faiz aldadılması prosesi baş verir. Əmma camaata 0 faiz kimi təqdim edilir. İstehlkaçıdan malın nəğd alışı qiyməti gizlədilir. Bu barədə İqtisadiyyatı Nazirliyinə məlumat vermişik. Onlar bu problemlərdən xəbərdar olduqlarını və mübarizə apardıqlarını bildirdilər. Çox təəssüflər olsun ki, dövlət qurumları bu sahədə konstruktiv iş aparmır. Guya bu yolla bazarı aktıv saxlamaq istəyirlər. Amma nəticədə istehlakçı əziyyət çəkir”.

Google+ WhatsApp ok.ru